Türkiyədən Makrona sərt mesaj: - "Bunun qarşılığı olacaq"

Hit: 358
Türkiyədən Makrona sərt mesaj: - "Bunun qarşılığı olacaq"

“Makronun 24 apreli erməni soyqırımının ildönümü günü elan etməsini unutmayacağıq. Fransa prezidentinin işlətdiyi ağır ifadələrin qarşılığı olacaq”.

Faktor.az Publika.az-a istinadən xəbər verir ki, bunu Türkiyə Xarici İşlər Nazirliyinin mətbuat katibi Hami Aksoy deyib.

“Erməni sözçüsünün istifadə etdiyi kəlmələr dövlət üslubu olmadığının göstəricisidir. Ermənistan arxivləri açıq deyil, sadəcə erməni iddialarını dəstəkləyən bir qismi açıqdır. Fransa prezidentinin bu davranışını unutmayacağıq”, – Aksoy bildirib.

Mətbuat katibi Suriya ilə bağlı məsələlərə dair fikirlərini də bölüşüb: “ABŞ-dan YPG məsələsində Türkiyənin təhlükəsizliyi üçün konkret addım gözləyirik. ABŞ hökumətinin yenidən təhdid dilinə müraciət etdiyini görürük. Lakin bu, nəticə verməyəcək. Təhlükəsiz bölgədən gözləntimiz konkretdir. Türkiyənin nəzarətində olmalı, YPG olmamalı və 32 km məsafə olmalıdır. İdlibdə sakitliyin qorunması məsələsində Rusiya ilə həmfikirik”.

 








Redaktorun seçimi