Şri-Lanka terrora görə turizmdən 1,5 milyard itirə bilər

Hit: 179
Şri-Lanka terrora görə turizmdən 1,5 milyard itirə bilər

Baş verən terror aktlarına görə 2019-cu ildə Şri-Lankanın turizm sənayesi 1,5 milyard dollar itirə bilər.

Faktor.az “Daily Financial Times”a istinadən xəbər verir ki, bu barədə Şri-Lankanın otellər assosiasiyasının prezidenti Sanata Ukvatte proqnoz verib. 

Onun sözlərinə görə, ilk dəfə olaraq Şri-Lankada terror təkcə yerli sakinlərə deyil, səyahətçilərə də təsirsiz ötüşməyib. Belə ki, çox sayda səyahətçi otellərdəki bronlarını ləğv edib və bu proses davam edir. 

Nəşrin məlumatına görə, turizm industriyası ölkənin böyüklüyünə görə üçüncü gəlir mənbəyidir. 









Redaktorun seçimi