Putin Ukraynadakı seçkilərdən danışdı - Poroşenko iflasa uğradı

Hit: 261
Putin Ukraynadakı seçkilərdən danışdı - Poroşenko iflasa uğradı

Ukraynada keçirilmiş seçkilərin nəticələri Pyotr Poroşenkonun yürütdüyü siyasətin tam iflasa uğramasından xəbər verir.

TASS”ın məlumatına görə, bunu Rusiya prezidenti Vladimir Putin Vladivostokda jurnalistlərə verdiyi açıqlamada bildirib.

“Bu, Poroşenkonun yürütdüyü siyasətin tam və mütləq iflasıdır. Ukraynanın yeni hakimiyyəti də bunu çox gözəl anlayır, buna əminəm. Azından Zelenskinin atdığı ilk addımlara nəzər salmaq olar: Anlamaq bir şeydir, xalqın maraqlarına cavab verən realist siyasət qurmaq başqa şey”, - deyə Rusiya lideri vurğulayıb.

Putinin sözlərinə görə, Rusiya ilə Ukrayna arasında gələcək münasibətlər Rəsmi Kiyev rəhbərliyinin yürütdüyü siyasətdən asılı olacaq.









Redaktorun seçimi