Ancelina Coli vəsiyyətnamə yazdı, sərvətini miras qoyduğu şəxs bəlli oldu

Hit: 206
Ancelina Coli vəsiyyətnamə yazdı, sərvətini miras qoyduğu şəxs bəlli oldu

Məşhur Hollivud ulduzu Ancelina Coli Bredd Pitt ilə boşanma prosesini yubadır. Bu haqda etibarlı mənbəyə güvənən “The Sun” məlumat yayıb.

Bizimyol.info xəbər verir ki, Colinin hətta münasibətləri bərpa etməyi düşündüyü bildirilir. Buna görə də boşanmağa tələsmir. Bred Pitt isə geri qayıtmaq fikrində deyil. Pitt uşaqların xətrinə Coli ilə dost qalmağa hazırdır.

Ancelina Coli və Bred Pitt

Hələ martda tərəflər məhkəmədən boşanma prosesini sürətləndirməyi xahiş etmişdilər. İndi isə Coli üçün situasiya dəyişib.

Cütlük daha tez ayrıla bilərdi. Amma həm maliyyə məsələlərində, həm də uşaq bölgüsündə ortaq məxrəcə gəlmək mümkün olmadı.

“Radar Online” nəşrinin yazdığına görə, Coli vəsiyyətnamə yazıb. O, sərvətinin böyük hissəsini 17 yaşlı oğlu Meddoksa miras qoymaq istəyir. Məhz bu övladı anasının tərəfini tutur.

42 yaşlı aktrisa özünü heç də yaxşı hiss etmir. Coli Bell iflicindən əziyyət çəkir. Bu xəstəlik üz əzələlərini sıradan çıxarmaqla fərqlənir.

 









Redaktorun seçimi