Türkiyədə daha 3 terrorçu məhv edildi

Hit: 260
Türkiyədə daha 3 terrorçu məhv edildi

Türkiyənin Diyarbəkir şəhərinin Liçe rayonunda çöllük ərazidə PKK terror qruplaşmasına qarşı əməliyyat həyata keçirilib.

Faktor.az “Hurriyet”ə istinadən verdiyi xəbərə görə, əməliyyat çərçivəsində polislərlə təşkilat üzvləri arasında baş vermiş atışma zamanı 3 terrorçu zərərsizləşdirilib.

Bölgədə əməliyyat davam etdirilir.









Redaktorun seçimi