Rusiyada tarixi görüş baş tutdu - VİDEO

Hit: 278
Rusiyada tarixi görüş baş tutdu - VİDEO

Rusiya və Şimali Koreya prezidentləri arasında ilk rəsmi görüş başlayıb.

Faktor.az qafqazinfo-ya istinadən xəbər verir ki, Vladimir Putinlə Kim Çen In arasında danışıqlar Rus adasında yerləşən Uzaq Şərq Federal  Universitetinin kampusunda keçirilir.

Liderlər əl-ələ görüşdükdən sonra mətbuata qısa bəyənatlar veriblər.

KXDR rəhbəri bildirib: "Dünyanın bütün diqqəti Koreya yarımadasındakı vəziyyətə yönəlib. Düşünürəm ki, biz bu məsələ ilə bağlı qiymətləndirmə və fikir mübadiləsi aparacağıq və bunu birlikdə həll etməyin yollarına dair çox əhəmiyyətli danışıqlar aparacağıq".

Rusiya prezidenti də görüşün əhəmiyyətli olacağına əminliyini ifadə edib.

Daha sonra tərəflər arasında təkbətək görüş baş tutub. 50 dəqiqə keçirilməsi nəzərdə tutulan görüş bir saatdan çoxdur ki, davam edir.

 








Redaktorun seçimi