Şri-Lankada terror törədənlər barədə yeni faktlar

Hit: 364
Şri-Lankada terror törədənlər barədə yeni faktlar

Aprelin 21-də Şri-Lankada kilsə və otellərdə baş verən və  son məlumatlara görə, 359 nəfərin ölümü, 520 nəfərin yaralanması ilə nəticələnən terror aktını törədənlər barədə yeni faktlar aşkarlanıb.

 Sky News xəbər verir ki, Şri-Lankanın müdafiə naziri Ruvan Vicevardene terrorçuların Böyük Britaniyada yaxşı təhsil aldığını və maliyyə asılılıqlarının olmadığını qeyd edib:

 

“Hücumçular 9 nəfər olub. 8 nəfərin şəxsiyyəti müəyyənləşdirilib.Terrorçulardan biri qadın olub. O polislər evinə axtarışa gələrkən həm özünü, həm də polisləri partladıb”.

Qeyd edək ki, Şri-Lankadakı partlayışlardan sonra 60 nəfər həbs edilib. Araşdırmalar davam edir.Terror aktlarından sonra İŞİD məsuliyyəti öz üzərinə götürüb. 









Redaktorun seçimi