Türkiyə XİN - Trampı ədalətli olmağa dəvət edirik

Hit: 225
Türkiyə XİN - Trampı ədalətli olmağa dəvət edirik

Erməni silahlı üsyançıları tərəfindən qətlə yetirilən 500 mindən çox müsəlmanın acısını bir daha xatırlayır və prezident Trampı ədalətli olmağa dəvət edirik.

Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) ABŞ prezidenti Donald Trampın açıqlaması ilə bağlı  verdiyi bəyanatda belə deyilir.

Bəyanatda Türkiyənin  Donald Trampın 1915-ci il hadisələri ilə bağlı açıqlamasını qəbul etmədiyi vurğulanır.

Nazirliyin rəsmi saytında yerləşdirilən bəyanatda bildirilir ki, ermənilərin uydurduğu subyektiv mülahizələrə əsaslanan fikirlərin heç bir dəyəri yoxdur. Tarixdə baş verənlərin siyasi ambisiyalarla şərh olunması qəbuledilməzdir. Həmin dövrdə erməni silahlı üsyançıları tərəfindən qətlə yetirilən 500 mindən çox müsəlmanın acısını bir daha xatırlayır və Prezident Trampı ədalətli olmağa dəvət edirik.

Açıqlamada bildirilir ki, Türkiyə 104 il əvvəl baş verən hadisələrin araşdırılması üçün Birgə Tarixi Komissiyanın yaradılması təklifinin arxasındadır. Bildirilir ki, 1915-ci il hadisələrinə görə məsuliyyət daşıyanları unutdurmaq istəyən radikal ermənilər məsələnin həlli üçün irəli sürülən təklifin gerçəkləşməsinə cəsarət göstərmirlər.









Redaktorun seçimi