ABŞ Rusiyanı hədələdi

Hit: 191
ABŞ Rusiyanı hədələdi

ABŞ-ın Rusiyadakı səfiri Con Hantsman bəyan edib ki, Aralıq dənizində olan ABŞ aviadaşıyıcıları Rusiyanı beynəlxalq ictimaiyyətə qulaq asmağın vacibliyi barədə xəbərdar edir.

Bu barədə “RİA Novosti” agentliyi ABŞ Hərbi Dəniz Qüvvələrinin Altıncı donanmasının press-relizinə istinadən məlumat yayıb.

C.Hantsmanın sözlərinə görə, güclü aviadaşıyıcı qrupu Rusiyaya “dünya üzrə sabitliyi pozmaq fəaliyyətini dayandırmaq” barədə xəbərdarlıq siqnalıdır.

“Sizin Aralıq dənizində üzən iki min ton diplomatiyanız olanda, başqa heç bir şey lazım deyil”, - CNN D.Hantsmanın sözlərini sitat gətirir.

Qeyd edək ki, ABŞ HDQ-nin zərbə qrupu Aralıq dənizində aprelin 23-də yerləşdirilib. Bu qrupa iki “Nimiç” tipli atom aviadaşıyıcısı – “Abraham Lincoln” и “John C. Stennis” daxildir.

Ümumilikdə regiona 10 gəmi, 130 təyyarə və doqquz minə qədər dəniz piyadası göndərilib.









Redaktorun seçimi