Şri Lanka terrorunu kim törədib? - Etiraf edildi

Hit: 226
Şri Lanka terrorunu kim törədib? - Etiraf edildi

Şri Lankada ölənlərin sayı 310 nəfərə çatıb.

Faktor.az xəbər verir ki, bu məlumatı Şri Lankanın Səhiyyə Nazirliyi yayıb. Teraktlarda xəsarət alanların sayı isə 480 nəfər təşkil edib.

“News 1st” televiziyası teraktları törətməkdə şübhəli bilinərək həbs edilənlərin sayının 40 nəfərə çatdığını bildirib.

Qeyd edək ki, bazar günü Şri Lankada 8 terakt baş verib. Teraktlar ölkənin 4 şəhərində baş tutub. Terrorçular əsas hədəf kimi kilsə və otelləri seçiblər.

Terror aktı ilə bağlı məsuliyyəti İŞİD üzərinə götürüb.









Redaktorun seçimi