ABŞ-ın İran planı: nüvə sazişinin yerinə...

Hit: 336
ABŞ-ın İran planı: nüvə sazişinin yerinə...

“Amerika İranla nüvə müqaviləsinin əvəzinə yeni razılıq əldə etmək üçün müzakirələr aparmağa hazırdır”.

Faktor.az Publika.az-a istinadən xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin İran üzrə Xüsusi İşçi Qrupunun rəhbəri Brayan Huk deyib.

Huk bildirib ki, rəsmi Tehran müzakirə etmək istəsə, Vaşinqton bunu yeni müqavilə formatında Konqresdə qəbul etdirməyə hazırdır. O, rəsmi Tehranla yenidən razılaşma əldə edilməsi üçün Dövlət Departamentinin rəhbəri Mayk Pompeonun irəli sürdüyü 12 şərti bir daha xatırladıb. Onun sözlərinə görə, İran inqilabi ölkədən adi ölkəyə çevrilsə, tərəflər arasında yeni razılaşma əldə edilməsi üçün müzakirələrin baş tutması mümkündür. Amerika tərəfi isə bu razılaşmanı Senatda yeni müqavilə kimi qəbul edə bilər.









Redaktorun seçimi