Makron yanğın yerinə getdi

153 dəfə oxunub
Makron yanğın yerinə getdi

Fransanın paytaxtı Parisdə tarixi Notr-Dam kilsəsində çıxan yanğını hələ söndürmək mümkün olmayıb.

Faktor.az qafqazinfo-ya istinadən xəbər verir ki, prezident Emmanuel Makron hadisə yerinə gedərək müvafiq tapşırıqlar verib. Baş nazir Eduard Filipp də hadisə yerindədir.

Yanğının hələ də davam etməsi səbəbindən yaxınlıqdakı binalar boşaldılıb.

Ərazidə geniş təhlükəsizlik tədbirləri görülüb, kilsə yaxınlığındakı yollarda nəqliyyatın hərəkəti dayandırılıb.

Qeyd edək ki, 850 illik kilsəni hər il 13 milyon turist ziyarət edirdi. Kilsədə 1 ildən çoxdur təmir işlər aparılırdı.



Redaktorun seçimi