Pakistanda qum fırtınasında 5 nəfər öldü

43 dəfə oxunub
Pakistanda qum fırtınasında 5 nəfər öldü

Pakistanın cənubunda yerləşən Kəraçi şəhərində güclü qum fırtınası baş verib.

Faktor.az TRT-yə istinadən xəbər verir ki, təbii fəlakət nəticəsində 5 nəfər ölüb, 36 nəfər xəsarət alıb.

 

Bundan başqa, dənizdə 8 balıqçı da itkin düşüb.

Qeyd edək ki, əlverişsiz hava şəraiti ilə bağlı hava limanında bir neçə aviareys ləğv edilib.



Redaktorun seçimi