Fransada DƏHŞƏTLİ YANĞIN - Notr-Dam kilsəsi alovlar içində - VİDEO

374 dəfə oxunub
Fransada DƏHŞƏTLİ YANĞIN - Notr-Dam kilsəsi alovlar içində - VİDEO

Fransa paytaxtında yerləşən 850 illik tarixi Paris Notr-Dam kilsəsində yanğın baş verib.

Faktor.az "RİA-Novosti" agentliyinə istinadən xəbər verir ki, alov kilsə qüllələrindən birini əhatə edib.

Hadisə nəticəsində zərər çəkənlərin olması barədə məlumat yoxdur. Yanğın nəticəsində kilsənin damının tamamilə çökdüyü bildirilir.

Prezident Emmanuel Makron "sarı jiletlilər" aksiyaları ilə bağlı çıxışını ləğv edib. ABŞ prezidenti Donald Tramp sosial şəbəkədəki səhifəsində "yanğını izləmək çox qorxuncdur" yazıb.



Redaktorun seçimi