Sisi Merkellə Liviya və Sudanı müzakirə etdi

56 dəfə oxunub
Sisi Merkellə Liviya və Sudanı müzakirə etdi
Misir prezidenti Əbdülfəttah əs-Sisi və Almaniya kansleri Angela Merkel arasında telefon görüşməsi baş tutub.
 
Faktor.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, söhbət zamanı Liviya və Sudandakı son prosesləri müzakirə edilib.
 
Merkel Xəlifə Həftarın silahlı birləşmələrinin səbəb olduğu gərginlikdən narahatlıq hissi keçirdiyini, ən qısa zamanda danışıqlar prosesinə başlanılmasının vacib olduğunu bildirib.
 
Kansler Sudanda isə iqtidarın müvəqqəti olaraq sivil cəmiyyətə təhvil verilməsinin doğru addım olacağını qeyd edib.



Redaktorun seçimi