Almaniyanın 6 şəhərində bomba həyəcanı - Polis hərəkətə keçdi

Hit: 265
Almaniyanın 6 şəhərində bomba həyəcanı - Polis hərəkətə keçdi

Almaniyada 6 şəhərdə bomba  xəbərdarlığı verilib. Hərəkətə keçən polis bələdiyyə binalarını boşaldıb.

Faktor.az xarici mətbuata istinadən xəbər verir ki, Augsburg, Kaiserslautern, Chemnitz, Göttingen, Neunkirchen ve Rendsburg şəhərlərinin bələdiyyə binlarına e-mail yolu ilə bomba xəbərdarlığı gəlib. Polis bələdiyyə binalarını boşaldaraq təhlükəsizliyi təmin edib.

Təhdid mail-i göndərilən bələdiyyə binalarında polis bomba təlimi almış itlərlə axtarış edib, işçilər təhlükəsiz yerlərə təxliyə edilib.

Anonim olaraq  6 şəhərin bələdiyyəsinə göndərilən mail-lərin məzmunu eyni olub. Buna əsasən, eyni mərkəzdən edildiyi düşünülıür.

Araşdırmalar zamanı heç bir partladıcıya rast gəlməyən polislər hər ehtimala qarşı bələdiyyə binasının ətrafında avtobus və tramvay səfərlərini əngəlləyib.

Şəfanə

 

 









Redaktorun seçimi