Trampın çəkindiyi 3 əsas siyasi rəqib məlum oldu

Hit: 173
Trampın çəkindiyi 3 əsas siyasi rəqib məlum oldu

ABŞ prezidenti Donald Trampın seçkiqabağı kampaniyasını yürüdən qərargah demokratlar arasında 3 təhlükəli namizədin adını müəyyən edib.

Faktor.az musavat.com-a istinadən xəbər verir ki, nüfuzlu "Axios" saytının verdiyi məlumata görə, bunlar Co Bayden, Kamala Harris və Beto O`Rurkdur.

Bununla bərabər ABŞ rəhbəri onların hər 3-nə asanlıqla qalib gələcəyini hər yerdə bəyan edir.

Trampın ətrafının rəyinə əsasən, Co Bayden 2016-cı ildə səslərini hazırkı prezidentə verən "sənaye kəməri" bölgəsindəki ştatları özünə çəkə bilər. Bunlardan Miçiqan və Viskonsin xüsusi qeyd olunur.

 

İqtidar qaynaqları Ağ Ev sahibinin məhz çox hörmət etdiyi Co Baydendən çəkindiyini bildirirlər.

Kamala Harrislə bağlı isə prezident hələlik hansısa hücum taktikasını seçməyib. D.Tramp ona rəqiblərini adlandırdığı (məsələn o, rişxəndlə demokrat namizəd, senator Elizabet Uorrenə "Pokahontas" deyə xitab edir) ləqəb qoymayıb. Üstəlik, prezidentin Kamala Harrisə qarşı istənilən sözü cinsi ayrı-seçkilik və irqçilik ittihamlarını özü ilə bərabər gətirə bilər.

Prezidentin komandasının gənc, xarizmatik və eneji dolu texaslı Beto O`Rurkun fəaliyyətini də diqqətlə izlədiyini və ona Demokrat partiyasının potensial vahid namizədlərindən biri kimi baxdığı qeyd olunur.









Redaktorun seçimi