Qəzzaya hücuma hazırlıq: İsrail ordusu hərəkətə keçdi

Hit: 293
Qəzzaya hücuma hazırlıq: İsrail ordusu hərəkətə keçdi

İsrail ordusu Qəzza sərhədinə doğru hərəkətə keçib.

Faktor.az Publika.az-a istinadən xəbər verir ki, İsraildən Qəzzaya açılan Kerm Əbu Salim və Beyt Hanun sərhəd qapıları bağlanıb.

Qəzzaya ticarət və gediş üçün istifadə olunan bu qapılar yeni bir qərara qədər qapalı qalacaq.

İsrail ordusunun birlikləri Qəzza sərhədində yeni mövqelər qurublar. Erhtimallara görə, bölgəyə yeni hücumlar olacaq.

Qeyd edək ki, Qəzzadan açılan atəş nəticəsində 6 israilli yaralanıb. ABŞ-da səfərdə olan baş nazir Binyamin Netanyahu səfərini yarımçıq kəsərək, geri qayıdıb.









Redaktorun seçimi