Sel fəlakəti İranı cənginə alıb - 11 ölü - VİDEO

Hit: 324
Sel fəlakəti İranı cənginə alıb - 11 ölü - VİDEO

İranın Şiraz şəhərində davam edən güclü yağış nəticəsində sel əmələ gəlib. 

“Mehr” agentliyinin məlumatına görə, bununla bağlı İranın Fövqəladə Hallar Mərkəzinin rəhbəri Pir Hüseyn Kolyond açıqlama verib. 

Onun sözlərinə görə, şəhərin Qurani-Kərim qapısı küçəsində sel 200-dən çox avtomobili aparıb. 

 

Hadisə nəticəsində 11 nəfər ölüb, 35 nəfər yaralanıb.

Kolyon qeyd edib ki, sel nəticəsində yüzlərlə ev su altında qalıb. 









Redaktorun seçimi