İlin ən yaxşı müəllimi seçildi - mükafat bir milyon dollar

Hit: 340
İlin ən yaxşı müəllimi seçildi - mükafat bir milyon dollar

Kenyalı müəllim 2019-cu il Qlobal Müəllim Mükafatını qazanıb.

Faktor.az BBC-yə istinadən xəbər verir ki, afrikalı müəllim Piter Tabiçi bu ilki mükafatın sahibi olub.

Varkiy Vəqfinin təşkil etdiyi mükafatı bu il afrikalı müəllim layiq görülüb. 179 ölkədən 10 mindən çox namizəd arasından seçilən 36 yaşlı müəllimin fədakarlığı əvəzsiz qalmayıb. Ona bu mükafatı qazandıran öz maaşının 80%-ini uşaqlara bağışlamağı olub.

Piter, Kenyanın Pvani kəndinin orta məktəbində təbiət elmləri fənnini tədris edir. 35 nəfərlik siniflərdə 70-80 uşağa dərs deyilir, bir çox tələbənin məktəb geyimi və kitabları yoxdur, bir çoxu məktəbə getmək üçün hər gün 6 km yol getməli olurlar. İdealist müəllim öz maaşından uşaqlara kitab, geyim alır, hər həftə dərs materialını endirmək üçün şəhərdəki internet kluba gedir və qız övladlarını tez ərə verməsinlər, məktəbə göndərsinlər deyə valideynlərlə söhbətlər aparır.

Müəllimin əməlləri qısa zamanda çox şey dəyişib. Məktəbin elm klubu beynəlxaql mükafatlara layiq görülüb, məzunları universitetə daxil olmağa başlayıb. Piter

Tabiçi deyir: “Afrikanın gəncliyi bundan sonra geridə qalmayacaq. Afrikadan elm adamları, mühəndislər, sahibkarlar çıxacaq və adları dünyanın hər yerində tanınacaq. Qızlar isə bu uğur hekayəsində böyük yerə sahib olacaq.”

 Müəllimi uğuruna görə Kenyanın prezidenti Uhuru Kenyatta da təbrik edib.

Cəmilə Məmmədli

 









Redaktorun seçimi