Paşinyan Baxtadze ilə görüşüb
Ermənistanın xarici işlər naziri Nikol Paşinyan gürcü həmkarı Mamuko Baxtadze ilə qeyri-rəsmi görüş keçirib.
Faktor.az bildirir ki, qafqazinfo erməni KİV-nə istinadən xəbər verir ki, dövlət rəsmiləri Yenokovan kəndində bir araya gəliblər. Hökumət başçıları gürcü-erməni münasibətləri barədə danışıb, müxtəlif məsələləri müzakirə ediblər.
Paşinyan və Baxtadze vurğulayıb ki, tez-tez bir araya gəlmək, qeyri-rəsmi görüşlər təşkil etmək vacibdir.