İndoneziyada ilk metro xətti açılıb

Hit: 263
İndoneziyada ilk metro xətti açılıb
İndoneziyada ölkənin ilk metropoliten xətti istifadəyə verilib.
 
Xarici KİV xəbər verir ki, prezident Coko Vidodo paytaxt Cakartada xəttin açılışını edib. Onun sözlərinə görə, metro xətti paytaxtla əhalinin sıx məskunlaşdığı cənub bölgələrində nəqliyyatdan istifadəni asanlaşdıracaq.
 
İlk həftə insanlar metrodan pulsuz istifadə edəcək, daha sonra isə gediş haqqı 70 sent (təxminən 1.20 AZN) olacaq.
 
Qeyd edək ki, uzunluğu 16 km olan metro xəttinin tikintisi təxminən 6 ilə ərsəyə gəlib. Layihənin dəyəri təxminən 1,1 milyard dollardır.








Redaktorun seçimi