“Venesuelanın xarici hesablarından 30 mlrd. dollar oğurlanıb”

Hit: 203
“Venesuelanın xarici hesablarından 30 mlrd. dollar oğurlanıb”

Venesuelanın rabitə və informasiya naziri Xorxe Rodriqes şənbə günü bildirib ki, son iki ayda respublikanın xarici hesablarından 30 milyard dollardan çox vəsait oğurlanıb.

faktor.az xəbər verir ki, o bunu Karakasda keçirilən mətbuat konfransında deyib.

“Son iki ayda 30 milyard dollardan çox pul oğurlanıb”, – deyə nazir diqqətə çatdırıb.

Məmurun sözlərinə görə, Venesuelaya aid vəsaitlərin oğurlanması Vaşinqtonun tapşırığı ilə həyata keçirilir.

“Venesuelanın müxtəlif banklardakı aktivləri daşınır. Bütün bunlar Tramp administrasiyasının göstərişi ilə həyata keçirilir”, – deyə o bildirib. (Report.az)









Redaktorun seçimi