Təyyarə qəzasında hər iki pilot öldü

Hit: 150
Təyyarə qəzasında hər iki pilot öldü

Yeni Zelandiyada yüngül təyyarə qəzaya düşüb.

Faktor.az xəbər verir ki, “Diamond DA42” model təyyarə martın 23-ü günorta saatlarında Taupo şəhəri yaxınlığında radardan itib. Hava şəraiti əlverişsiz olduğuna görə, təyyarənin qalıqlarını ayın 24-ü tapmaq mümkün olub. 

Hər iki pilot dünyasını dəyişib. Qəzanın səbəbləri araşdırılır. (qafqazinfo)

 

 

 

 

 









Redaktorun seçimi