Qəzaya uğrayan gəmidən 338 nəfər təxliyə edilib

Hit: 209
Qəzaya uğrayan gəmidən 338 nəfər təxliyə edilib

Norveç sahillərində qəzaya uğrayan "Viking Sky" gəmisindən 338 nəfərtəxliyə edilib.

"Report" "Verdens Gang"a istinadən xəbər verir ki, hadisə zamanı gəmidə 1373 nəfər olub, onlardan 915-i sərnişi imiş.

Qeyd edilir ki, insanları vertolyotların köməyi ilə təxliyə edirlər. Çünki ərazidəki əlverişsiz hava şəraiti - güclü külək və yırğalanma xilasetmə komandasına qayıqları endirməyə imkan vermir.

Bəzi sərnişinlər hadisə zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.









Redaktorun seçimi