Nazirlərdən Meyə qarşı plan: Ya get, ya da...

Hit: 110
Nazirlərdən Meyə qarşı plan: Ya get, ya da...

Böyük Britaniya Nazirlər Kabinetinin üzvləri Tereza Meyi baş nazir vəzifəsindən uzaqlaşdıraraq müvəqqəti hökumət başçısı təyin etməyi planlaşdırır.

Faktor.az xəbər verir ki, bu barədə “Sandi Tayms” nəşri yazıb.

Nəşrin məlumatına görə, ən azı 11 britaniyalı nazir Meyin istefasını istəyir və bazar ertəsi keçiriləcək iclasda baş nazirdən bu bunu tələb etməyə hazırlaşır. Əks halda isə nazirlər Tereza Meyi kütləvi istefa ilə təhdid etməyi planlaşdırır.

“Son yaxınlaşır. 10 gündən sonra o, baş nazir olmayacaq”, - NK üzvlərindən biri bildirib.

Nazirlərin Meydən sonra hökuməti müvəqqəti idarə etmək üçün Devid Lidinqtonun namizədliyini müzakirə etdikləri qeyd edilib. (axar.az)









Redaktorun seçimi