Maduro müxalifət liderini sui-qəsd hazırlamaqda ittiham edib

Hit: 163
Maduro müxalifət liderini sui-qəsd hazırlamaqda ittiham edib

Venesuelanın hüquq-mühafizə orqanları müxalifət lideri Xuan Quaydo tərəfindən prezident Nikolas Maduroya qarşı hazırlanmış sui-qəsd planını ifşa edib.

Faktor.az xəbər verir ki, “TASS” agentliyinin verdiyi məlumata görə, belə bir açıqlama ilə ölkə rəhbəri Nikolas Maduro çıxış edib.

“Şimali Amerika imperializmi məni öldürmək istəyir. Biz şeytanın əlaltısının (Xuan Quaydo nəzərdə tutulur-red.) hazırlamış olduğu planı məhv etdik”, - deyə Maduro bildirib.

O əlavə edib ki, tezliklə “ yeni terrorçuların növbəti həbsləri” başlayacaq. (ONA)









Redaktorun seçimi