110 çoban bir hücumda öldürüldü - DƏHŞƏT

Hit: 219
110 çoban bir hücumda öldürüldü - DƏHŞƏT

Silahlı insanlar Malinin mərkəzində yerləşən Bankas şəhərinin ətrafında yerləşən qəsəbələrdə fulani xalqına mənsub olan 110 çobanı öldürüblər.

Bu haqda şəhərin meri Mulaya Quindoya istinadən “Röyters” agentliyi bildirib.

Məlumata görə, donzo ovçuları kimi geyinmiş naməlum silahlılar Bankas yaxınlığındakı Oqassaqu və Velinqara qəsəbələrinə hücum ediblər.

“Oqossaqu kəndi tamamilə dağıdılıb”, - mer deyib.

Həlak olanların bədənləri hələ toplanılır.









Redaktorun seçimi