Arxiyepiskop seks qalmaqalına görə istefa verdi

Hit: 230
Arxiyepiskop seks qalmaqalına görə istefa verdi

Roma papası Fransisk Çilinin paytaxtı Santyaqonun arxiyepiskopu Rikardo Essatinin istefasını qəbul edib.

 Essati vətənində yetkinlik yaşına çatmayanlara qarşı işlənilən seksual cinayətləri ört-basdır etməkdə ittiham olunur. Bura, həmçinin daha əvvəl pedofillikdə təqsirli bilinərək ruhani rütbəsindən məhrum edilən nüfuzlu çilili keşiş Fernando ilə bağlı səs-küylü iş də daxildir. 

Qeyd edək ki, son istefa Çili katolik kilsəsində yaşanan seksual cinayətlərin davamıdır. Belə ki, həmin kilsənin 80-ə yaxın keşişi yetkinlik yaşına çatmayanlara qarşı seksual təcavüzdə ittiham olunublar. Oktyabrda papa Fransisk iki yepiskopun ruhani rütbəsini əlindən almış, iyunda isə üç çilili yepiskopun istefasını qəbul etmişdi. 

 








Redaktorun seçimi