Müəllimənin şagirdlərə verdiyi qeyri-adi cəza qalmaqal yaratdı

Hit: 198
Müəllimənin şagirdlərə verdiyi qeyri-adi cəza qalmaqal yaratdı

Müəllimlərin məktəblərdə şagirdləri döyməsini çox eşidirik. Amma onları özünü şillələməyə məcbur etmək təzə metoddur.

Faktor.az xəbər verir ki, Çinin Sutsyan şəhərində musiqi müəlliməsi belə bir cəza metoduna əl atıb. O, səs salan şagirdləri özünü bu cür cəzalandırmağı tələb edib

Qadın uşaqlara baxmaq üçün cizgi filmi qoyub və sinif otağından çıxıb. Müəllimənin olmadığı müddətdə uşaqlar dəcəllik edib, çox səs salıb. Sinif otağına qayıdan qadın bundan xeyli qəzəblənib. Səs salan uşaqları lövhənin qarşısına çıxararaq, onları öz üzünə şillə vurmağa vadar edib. Şagirdlərdən biri özünü 58 dəfə şillələyib.

Qalmaqal uşaqlar evə gedəndən sonra yaranıb. Valideynlər məsələdən xəbər tutanda Tszyansu vilayətinin təhsil şöbəsinə şikayət ediblər. Müəllimə dərs prosesindən kənarlaşdırılıb, iki aylıq məvacibi tutulub. Qadını şagirdlərin yaşadığı hər ailəyə baş çəkərək, üzr istəməyə məcbur ediblər.









Redaktorun seçimi