Rus qadından Türkiyədə şok əməl - Qayınatası olan müğənnini rüsvay etdi

Hit: 193
Rus qadından Türkiyədə şok əməl - Qayınatası olan müğənnini rüsvay etdi

Rus gəlin Alyona Doğan ona qarşı kobud davranan həyat yoldaşı Seydi Vakkasdan polisə şikayət edib.

Faktor.az Teleqraf.com-a istinadən xəbər verir ki, Alyona qayınatası, məşhur türk sənətçi Lətif Doğanı isə konsertdə əldə etdiyi gəlirləri Fətullahçı Terror Təşkilatına (FETÖ) bağışlamaqda ittiham edib.

Şikayətdən sonar aparılan istintaq zamanı Lətif Doğanın FETÖ-yə üzvlüyü təsdiqlənməyib .

Türkücü Lətif Doğanın oğlu Seydi Vakkas Doğan 2013-cü ildə Rusiya vətəndaşı olan Alyona ilə evlənib. Lakin qadın bir müddət sonra həyat yoldaşının onu fiziki zorakılığa məruz qoymasından şikayətlənməyə başlayıb.

Oğul Doğan xəsarət yetirmək ittihamı ilə mühakimə olunduğu vaxt isə Alyona qayınatasından şikayətçi olub: "Qayınatam 15 iyul dövlət çevrilişi tərəfdarıdır. Konsertlərdən əldə etdiyi gəlirləri FETÖ-yə bağışlayır".

Alyonanın ittihamı təsdiq edilməyib.

 








Redaktorun seçimi