Ukraynada seçki gərginliyi: Timoşenko qaçmağa hazırlaşır?

Hit: 295
Ukraynada seçki gərginliyi: Timoşenko qaçmağa hazırlaşır?

Prezident seçkilərində uduzsam da Ukraynadan qaçmaq fikrim yoxdur.

Faktor.az Teleqraf.com-a istinadən xəbər verir ki, bu sözləri prezidentliyə namizəd, "Batkivşina" partiyasının lideri Yuliya Timoşenko deyib.

O, prezident seçkilərindən sonra ölkədə qalıb-qalmayacağı sualını birbaşa efirdə cavablandırarkən sözünə belə davam edib: "Bu mafiyadan çəkinəcəyim heç bir şey yoxdur. Bu mafiya Rostov-Dondan çıxıb... Mən öz ölkəmədən heç vaxt qaçmamışam və qaçmaram da..."

Yuliya Timoşenkonun sözlərinə görə, Viktor Yanukoviçin prezident olduğu vaxt onun həbsinə hazırlıq getdiyi, bununla belə, ölkədən çıxışına "yaşıl dəhliz" açıldığı bildirilib. O isə ölkəni tərk etməkdən imtina edib.

Qeyd edək ki, Ukraynada prezident seçkiləri martın 31-də keçiriləcək. Əvvəlcə yarışa 44 namizəd qoşulsa da, sonradan onların 5-i geri çəkilib.

Bəzi sorğuların nəticələrinə görə, Yuliya Timoşenko seçkini udmaq şansı olan əsas namizədlərdəndir. Digər namizəd, şoumen Vladimir Zelenski də seçicilərin rəğbətini qazanıb.

Bununla belə, Ukraynanının hazırkı prezidenti Petro Poroşenkonun seçkidə qələbə çalacağı ehtimalı böyükdür.









Redaktorun seçimi