Moskvada bomba həyəcanı

Hit: 206
Moskvada bomba həyəcanı
Rusiyanın paytaxtı Moskvada biznes mərkəzində bomba həyəcanı yaşanıb.
 
Polisə anonim məktubla "Fabrika Stanislavskovo" binasında mina olduğu bildirilib. Hüquq-mühafizə orqanları dərhal yoxlamalara başlayıb. Lakin binadan heç kəs təxliyyə edilməyib.

Qeyd edək ki, yanvar ayından etibarən Rusiyanın bir neçə şəhərində hüquq-mühafizə orqanları dəfələrlə  bu cür anonim zəng və məktublar alıb. Lakin heç biri təsdiqini tapmayıb.

 








Redaktorun seçimi