Moskvada bomba həyəcanı

Hit: 279
Moskvada bomba həyəcanı

Rusiyanın paytaxtı Moskvada biznes mərkəzində bomba həyəcanı yaşanıb.

Faktor.az qafqazinfo-ya istinadən xəbər verir ki, polisə anonim məktubla "Fabrika Stanislavskovo" binasında mina olduğu bildirilib. Hüquq-mühafizə orqanları dərhal yoxlamalara başlayıb. Lakin binadan heç kəs təxliyyə edilməyib.

Qeyd edək ki, yanvar ayından etibarən Rusiyanın bir neçə şəhərində hüquq-mühafizə orqanları dəfələrlə  bu cür anonim zəng və məktublar alıb. Lakin heç biri təsdiqini tapmayıb.









Redaktorun seçimi