4 DOST heç kimin ayaq basmadığı mağaraya girdi - İnanılmaz mənzərə ilə üzləşdilər

Hit: 1306
4 DOST heç kimin ayaq basmadığı mağaraya girdi - İnanılmaz mənzərə ilə üzləşdilər

Türkiyən Sivas vilayətində 4 dost “Qar dəliyi” adı verilən mağaraya girib.

Faktor.az xəbər verir ki, mağaraya girmək üçün 100 metr uzunluğunda tunel şəklindəki kiçik dəlikdən keçmək lazımdır. Bu səbəbdən bu günə qədər heç kim buna cəhd etməyib.

Bunu bacaran 4 dost mağarada maraqlı mənzərə ilə üzləşib. İçəridə dağılmış tikililər var. Onların hansı tarixdə inşa edildiyi məlum deyil. Müxtəlif dövrlərdə tektonik fəliyyətlərə məruz qalan tikililər xarici görünüşünü itirib.

Təəccüblərini gizlətməyən gənclər, hazırlıq görmədikləri üçün mağarada ətraflı axtarış apara bilməyib. Yaxın zamanlarda mağarada araşdırmaların aparılacağı gözlənilir.(metbuat.az)









Redaktorun seçimi