Türkiyə: ABŞ-ın “Patriot” təklifi bizi qane etmədi

Hit: 171
Türkiyə: ABŞ-ın “Patriot” təklifi bizi qane etmədi

ABŞ-ın “Patriot” zenit raket komplekslərini çatdırmaq şərtləri Türkiyəni qane etmir. Bu məsələ ilə bağlı danışıqlar davam etdirilir.

Faktor.az xəbər verir ki, bu sözləri Türkiyənin Müdafiə Sənayesi başqanı İsmayıl Dəmir deyib.

“Biz ABŞ-a “Patriot” zenit raket komleksləri ilə bağlı sorğu göndərdik, 1.5 il sonra cavab aldıq. Bu təklifin məzmunu və bir sıra detalları bizi qətiyyən qane etmir. Danışıqlar davam edir, aydınlıq gətiriləsi bir sıra mövzular var”, - Dəmir bildirib.









Redaktorun seçimi