Putindən AB ilə bağlı ümid
Rusiyanın xarici siyasət prioritetləri etibarın gücləndirilməsindən, bütün dünya üçün ümumi təhdidlərlə mübarizədən, iqtisadiyyatda əməkdaşlığın genişləndirilməsindən ibarətdir.
Bunu Rusiya Prezidenti Vladimir Putin deyib. O, Avropa Birliyinin Rusiya ilə normal iqtisadi münasibətlərin bərpası üçün real addımlar atacağına ümid etdiyini bildirib:
“Ümid edirəm ki, Avropanın aparıcı ölkələri normal siyasi və iqtisadi münasibətlərin bərpası üçün real addımlar atacaq. Bu ölkələrin vətəndaşları Rusiya ilə əməkdaşlıqda maraqlıdırlar”.