ABŞ Şimali Koreyaya sanksiyaları qaldırmağa tələsmir

Hit: 201
ABŞ Şimali Koreyaya sanksiyaları qaldırmağa tələsmir

ABŞ prezidenti D.Trampın Şimali Koreya lideri Kim Cunqla olan ikinci görüşü yaxınlaşır.

Keçən ilin avqust ayında baş tutan birinci görüşdən bəri bir çox addımlar atılıb, iki dövlət arasındakı buzlar əriməyə başlayıb. Lakin ABŞ tərəfi, Şimali Koreya bütün öhdəliklərini yerinə yetirənədək sanksiyaları qaldırmağı düşünmür.

Faktor.az xəbər verir ki,bu barədə Amerikanın hökümət rəsmisi Robert Palladino danışıb: “Sanksiyalarımız dəqiqdir. Bu sanksiyalar dünyanın mənafeyi üçündür, buna görə də qalmalıdır. Son nəticəni alana – yəni, Şimali Koreyanın tamamilə nüvə silahsızlaşdırılana qədər sanskiyalar qüvvədə qalacaq.

Görüş haqqında Tramp da danışıb. “Prezident seçilməsəydim, indi, məncə, Şimali Koreya ilə müharibə edirdik” deyən ABŞ prezidenti, sanksiyalar məsələsində tələsmədiyini də vurğulayıb.

Qeyd edək ki, birinci görüşdə Şimali Koreya tərəfi nüvə silahlanmağını dayandıracağına, ABŞ tərəfi isə sanksiyaları qaldıracağına söz vermişdi. Şimali Koreya artıq 15 aydır ki, nüvə eksperimentləri aparmır və raket sınaqları keçirmir. Nüvə silahsızlaşdırma isə hələ də müzakirə olunur. Bütün dünyanın diqqəti D. Tramp ilə Kim Cunqun 27-28 fevral tarixindəki ikinci görüşünə yönəlib.

Cəmilə Məmmədli

 









Redaktorun seçimi