Petrosyan əməliyyatı: Ermənistanda idarəetmə yenə dəyişir

Hit: 377
Petrosyan əməliyyatı: Ermənistanda idarəetmə yenə dəyişir

Levon Ter Petrosyanın rəhbərlik etdiyi Erməni Milli Konqresi Partiyası Baş nazir Nikol Paşinyanın birbaşa razılığı əsasında Ermənistanda konstitusiya referendumu keçirmək istəyir.

Faktor.az Axar.az-a istinadən xəbər verir ki, bu məlumatı "Past" qəzeti yayıb. Məlumata görə, partiyanın təklif etdiyi dəyişikliklər hökumətdə Paşinyadan başqa heç kimlə müzakirə edilməyib:

"Bu təklif Nikol Paşinyanla birbaşa razılaşdırıldıqdan sonra ortaya atılıb. Bununla Paşinyan siyasi meydanda xüsusi sınaq keçirməyə və cəmiyyətin reaksiyasını yoxlamağa çalışır. Bizim mənbələrin məlumatına görə, Paşinyan öz yarımprezidentlik idarəetmə sisteminə qarşı deyil və dəyişiklik baş tutduqdan sonra prezident seçilmək istəyir".

Qeyd edək ki, Erməni Milli Konqresi Partiyası bundan öncə konstitusiya dəyişiklikləri edilməsini təklif edib. Partiya dəyişikliklərlə ölkədə yarımprezidentlik idarəetmə sisteminin bərpa olunmasını istəyib.









Redaktorun seçimi