Moda dünyasının əfsanəvi dizayneri vəfat etdi

Hit: 171
Moda dünyasının əfsanəvi dizayneri vəfat etdi

Dünya şöhrətli dizayner, "Chanel" markasının kreativ direktoru Karl Legerfeld vəfat edib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, son həftələrdə səhhətində ciddi problemlər yaşayan əfsanəvi dizayner 85 yaşında Paris xəstəxanasında dünyasını dəyişib. Ölümün təfərrüatı hələlik bəlli deyil.

Xatırladaq ki, Karl Legerfeld Paris Moda Həftəsində nümayişdən sonra ilk dəfə olaraq podiuma çıxmamışdı. O, bunu səhhətində problemlər olması ilə izah etmişdi.









Redaktorun seçimi