“Qlobal istiləşmə” termininin müəllifi vəfat edib

Hit: 256
“Qlobal istiləşmə” termininin müəllifi vəfat edib

Tanınmış amerikalı geoloq və iqlimşünas Uolles Broker 87 yaşında vəfat edib.

Bu barədə “Associated Press” onun çalışdığı universitetə istinadən məlumat yayıb.

Brokerin fevralın 18-də uzun sürən xəstəlikdən sonra Nyu-York xəstəxanalarından birində vəfat etdiyi bildirilir.

 

Uolles Smit Broker 1931-ci ildə Çikaqoda dünyaya göz açıb. 1977-ci ildə Kolumbiya Universitetinin professoru olub.

Həyatı boyu geologiya və ətraf mühit kafedrasında müəllim işləyib. Onun qələmindən 500-dən çox elmi məqalə çıxıb, 14 kitabın, o cümlədən, bir neçə dərsliyin müəllifidir.

Alimin əsas maraq dairəsi dünya okeanının Yerin iqliminin formalaşmasında oynadığı rol olub.

Geoloq hazırda ekoloqların və ətraf mühit fəallarının dilindən düşməyən “global warming” (qlobal istiləşmə - red.) termininin yaradıcısı hesab olunur.(oxu.az)









Redaktorun seçimi