Maduro: "Trampın Venesuelada sevdiyi şey nədir?

Hit: 279
Maduro: "Trampın Venesuelada sevdiyi şey nədir?

Venesuelanın dövlət başçısı Nikolas Maduro paytaxt Karakasda keçirilən toplantıda çıxış edərək,  sosializmi hədəf alan ABŞ prezidenti Donald Trampa cavab verib.
 
Faktor.az xəbər verir ki, Maduro ABŞ prezidentinin: "Sosializm Venesuelanı tamamilə xarabalığa çevirdi" ifadəsini xatırladıb və deyib: "Tramp Mayamidə sosializmi mühakimə edən köhnə bir ritorika ilə ideologiyaları qadağan etmək və Ağ Evin irqçi düşüncəsini zorla qəbul etdirmək üçün bir növ nasist üslubunda çıxış edib". 
 
Venesuela prezidenti müxalifəti dəstəkləməsi üçün ordunu hədələyən Trampa reaksiya olaraq: "Silahlı qüvvələrin komandanı kimdir? Mayamidən olan Donald Trampdır? Ölkənin (Venesuela) sahibi olduqlarını güman edirlər" deyib.
 
Maduro ABŞ rezidentinin Venesuela ilə bağlı hədəfini də tənqid edərək çıxışını  bu sözlərlə davam etdirdi: "Trampın Venesuelada sevdiyi şey nədir? Neft, koltan, almaz? İşin ən acınacaqlı tərəfi isə, marionet kimi xidmət edən venesuelalıların olmasıdır. Humanitar yardım bir şoudur. 30 milyard dollarımızı oğurlayıb, 20 milyon dollarlıq çürümüş ərzaq təklif edirlər". 
 

 Nikolas Maduro Rusiyanın 300 ton yardım göndərəcəyini, eyni zamanda, BMT vasitəsilə dəstək təklif edən ölkələrin də olduğunu sözlərinə əlavə edib.

 









Redaktorun seçimi