İnəklərlə toqquşan sürət qatarı xarab oldu - Açılışdan 1 gün sonra

Hit: 231
İnəklərlə toqquşan sürət qatarı xarab oldu - Açılışdan 1 gün sonra

Hindistanda yeni sürət qatarı istismara verildikdən bir gün sonra inək sürüsü ilə toqquşduğundan qəzaya düşüb.

 “Bi-bi-si” xəbər verir ki, yeni sürət qatarı baş nazir Narendra Modinin iştirakı ilə xüsusi mərasimlə paytaxt Dehlidən  yola düşüb. Bir gün sonra isə geri qayıdan qatarın qarşısına inək sürüsünün çıxdığı, elektrik və əyləc sisteminin qırıldığı iddia edilir. Ancaq  qatara baxış zamanı hər hansı heyvan sürüsü ilə toqquşma halı qeydə alınmayıb. 

 

Rəsmilər isə bununla razılaşmır və öz versiyalarında təkid edirlər.

Qeyd edək ki, toqquşma zamanı qatarın son dörd vaqonunda tüstülənmə olduğundan sərnişinlər digər qatara köçürülüblər.









Redaktorun seçimi