“Putin Ərdoğana etibar edir” - Rəsmi Kreml

Hit: 474
“Putin Ərdoğana etibar edir” - Rəsmi Kreml

“Rusiya və Türkiyə prezidentləri Vladimir Putinlə Rəcəb Tayyib Ərdoğan arasında mövcud münasibəti yaxşı kimi dəyərləndirmək olar”.

Bu sözləri Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Peskov tərəflərin bir-birini çox yaxşı başa düşdüklərini, Ərdoğanın Putinin etibar etdiyi prezidentlərdən biri olduğunu vurğulayıb.

Xatırladaq ki, ötən həftə Soçi şəhərində V. Putinlə R. T. Ərdoğan arasında görüş baş tutub. Görüşdə Suriyadakı vəziyyət müzakirə edilib. (Qafqazinfo.az)









Redaktorun seçimi