Valideynlər birləşib qızlarını öldürdülər - Cəsədini kimyəvi turşuda əritdilər - FOTOLAR

Hit: 561
Valideynlər birləşib qızlarını öldürdülər - Cəsədini kimyəvi turşuda əritdilər - FOTOLAR

Kimyəvi turşu vedrəsinin içərisindən uşağa aid bədən hissələri tapılıb.

Faktor.az xəbər verir ki, uşağın valideynləri cinayətlə bağlı şübhəli kimi saxlanılıblar.

ABŞ-ın Texas ştatının Laredo əyalətində yaşayan 32 yaşlı Gerardo Zavala Loredo və 37 yaşlı Monica Yvonne Dominguez azyaşlı uşaqlarının ölümündə təqsirkar biliniblər. Onlar Rebecka Zavala adlı qızlarını öldürdükdən sonra iz itirmək üçün uşağın cəsədini kimyəvi turşuda əridiblər.

Uşağı görməyən qonşular vəziyyətdən şübhələnərək polisə xəbər veriblər. Hadisə yerinə gələn polislər evdə axtarış aparan zaman içərisində kimyəvi turşu olan vedrə tapıblar. Cütlüyün yataq otağında olan vedrədən ərinmiş cəsəd hissəcikləri çıxıb.

Məlum olub ki, onlar qızı vannada boğduqdan sonra hissələrə ayıraraq turşuya salıblar.(milli.az)

1








Redaktorun seçimi