Suriyada türkiyəli əsgər həlak olub

Hit: 347
Suriyada türkiyəli əsgər həlak olub

Suriyanın şimalında Afrində türkiyəli hərbi qulluqçu həlak olub.

Faktor.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Baş Qərargahı xəbər yayıb.

Məlumata görə, türkiyəli hərbçi Türkiyə Hərbi Qüvvələrinin bu rayonda apardığı xüsusi əməliyat zamanı həlak olub.

Qeyd edək ki, ötən ilin yanvarında Türkiyə Silahlı Qüvvələri Afrində "Zeytun budağı" əməliyyatına başlayıb. Əməliyyat nəticəsində Afrin rayonu PYD və YPG silahlılarından azad edilib.









Redaktorun seçimi