Hindistanda gərginlik artır – Kəşmirdə dörd əsgər öldürülüb

Hit: 266
Hindistanda gərginlik artır – Kəşmirdə dörd əsgər öldürülüb

Pulvama hadisəsindən sonra iki nüvə silahı olan dövlət – Pakistan və Hindistan arasında gərginlik artmaqdadır.

Faktor.az BBC-ə istinadən məlumat verir ki, bir neçə saat əvvəl Kəşmirdə milliyətçilərlə atışmada 4 hind əsgəri öldürülüb. Xatırladaq ki, bir neçə gün əvvəl Kəşmirin Pulvama bölgəsində hind əsgərlərini daşıyan avtobuslara kamikadze hücum etmişdi. Kamikadze Pakistan tərəfində yerləşən Caş-a-Muhammed radikal qruplaşmasının üzvüdür. Partlayış nəticəsində 40-dan çox hindli əsgər həyatını itirmişdi. Bu isə, hər iki ölkədə gərginliyi artırıb. Hindistan tərəfi Pakistanı radikal qruplaşmaya dəstək çıxmaqda günahlandırıb. Hindistanın bəzi əyalətlərində kəşmirli tələbələrə və iş adamlarına hücumlar olub. Şübhəliləri hədəfləyən Hindistan raketi isə 2 qruplaşma üzvünü və bir vətəndaşı öldürüb.

Qeyd edək ki, Hindistan tərəfində təhlükəsizlik tədbirləri gücləndirilib. Pakistana qarşı iqtisadi və siyasi sanksiyalar qəbul olunur. Pakistan tərəfi isə sakitliyini qoruyur və radikal qruplaşma və əlaqəsi ilə əlaqələri olmadığını bəyan edir.

 









Redaktorun seçimi