İrəvandan Tehrana mesaj: ABŞ bizə imkan vermir

Hit: 208
İrəvandan Tehrana mesaj: ABŞ bizə imkan vermir

ABŞ-ın İrana qarşı sanksiyaları Tehranla ticari-iqtisadi münasibətləri inkişaf etdirən bütün ölkələrə təsir göstərir.

Faktor.az xəbər verir ki, bunu “Mehr nyus” agentliyinə müsahibəsində Ermənistanın İrandakı səfiri Artaşes Tumanyan deyib. O, hətta AB-nin belə İranla maneəsiz əlaqələrin inkişafına kömək edə bilmədiyini deyib.

Tumanyan sanksiyaların İranın bank sahəsində məhdudiyyətlər yaratdığını, bunun da ticari proseslər və investisiya layihələrinə mane olduğunu vurğulayıb:

“Ermənistan hökuməti İranla energetika, qaz və nəqliyyat-kommunikasiyası sahəsində əməkdaşlığın davam etdirilməsi üçün maksimum səy sərf etməyə hazırdır. Mövcud problemlər birgə səylərlə həll edilməlidir”.









Redaktorun seçimi