Ermənistan daha bir hərbi tərəfdaş tapdı

Hit: 234
Ermənistan daha bir hərbi tərəfdaş tapdı

Ermənistanın ərəb ölkələri ilə diplomatik, hərbi və siyasi münasibətlər qurmaq cəhdləri ilə bağlı son dövrlərdə xüsusi aktivlik hiss olunur.

Publika.az xəbər verir ki, Ermənistanın müdafiə naziri David Tonoyan ötən gün Birləşmiş Ərəb Əmirlikləri şahzadəsi, şeyx Məhəmməd ibn Zayed ibn Sultan əl Nəhyan ilə görüşüb.

Bu barədə Ermənistan Respublikasının Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Artsrun Ovanisyan sosial media hesabında paylaşım edib.

Mətbuat katibi əlavə edib ki, Tonoyan BƏƏ-nin vəliəhd şahzadəsi, müdafiə naziri Şeyx Məhəmməd ibn Rəşid Əl-Maktum ilə də görüşüb. Görüşlərdə iki ölkə arasında hərbi əməkdaşlığın başlanması məsələləri, bağlanılacaq müqavilələr müzakirə edilib.

Qeyd edək ki, bundan öncə Ermənistan Suriyaya humanitar missiya göndərib, Qətərdə səfirlik açılması ilə bağlı razılıq əldə edilib.









Redaktorun seçimi