Rusiya Ermənistana 100 milyon dollarlıq silah krediti verə bilər

Hit: 164
Rusiya Ermənistana 100 milyon dollarlıq silah krediti verə bilər

Ermənistan 100 milyon dollarlıq cari razılaşmanın reallaşdırılmasından sonra Rusiyadan yeni silah krediti ala bilər.

Faktor.az publika.az-a istinadən xəbər verir ki, bu haqda “IDEX-2019” müdafiə sərgisinin gedişatında Ermənistanın müdafiə naziri David Tonoyan bildirib.

“Bu, mümkündür. Silahların nomenklaturası haqqında danışmaq hələ tezdir”, - o, jurnalistlərə açıqlamada deyib.

Xatırladaq ki, 2015-ci ilin iyununda Rusiyanın Ermənistana 200 milyon dollarlıq kredit sazişi üzrə hərbi məhsualların verilməsi ilə bağlı iki ölkə arasında saziş imzalanıb. Kredit sazişinə uyğun olaraq Ermənistana 200 milyon dollarlıq silahın verilməsi 2018-ci ilin yayında tamamilə başa çatıb.









Redaktorun seçimi